Mayın 25-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (ADPU YAP GB) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev müasir gənclər siyasətinin banisidir” adlı onlayn görüş keçirilib.
Görüşdə ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Milli Məclisin deputatı Ramin Məmmədov, YAP GB sədri Bəxtiyar İslamov, ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, ADPU YAP GB sədri Tərlan Ağayev və 100 nəfərdən çox tələbə iştirak edib.
Görüşü giriş sözü ilə açan prof. F.Rzayev gənclərə uğurlar arzu edərək Heydər Əliyevin irsinin və onun gənclər siyasətinin həyata keçirilməsi üçün gördüyü müvafiq işlərin öyrənilməsinin vacibliyini vurğulayıb. Daha sonra millət vəkili R.Məmmmədov və B.İslamov tələbə-gənclər üçün mövzu ətrafında əhatəli çıxışlar edib, H.Əliyev dühasının mənimsənilməsi və təbliğinin gənclərimizin sağlam və vətənpərvər ruhda tərbiyə olunmasında müstəsna rolundan danışıblar.